Modern.az

Bahar Muradova Zahid Orucun hasarlarla bağlı təklifinə etiraz etdi

Bahar Muradova Zahid Orucun hasarlarla bağlı təklifinə etiraz etdi

Təhsil

4 Aprel 2014, 13:47

Modern.az xəbər verir ki, Milli Məclisdin bugünkü plenar iclasında deputat Zahid Oruc Prezidentə müraciət edərək fərdi evlərin əhatəsindəki hasarların sökülməsini təklif edib. Milli Məclisin vitse-spikeri Bahar Muradova hasarların sökülməsi ilə bağlı təklifə cavab olaraq bu sözləri deyib:

“Zahid Oruc hər zaman orijinal təkliflər verən millət vəkilidir. Mən bunu çox müsbət qiymətləndirirəm. Amma hər xalqın özünəməxsus adət-ənənəsi olduğu kimi, hasarların tikilməsi də bizdə ənənə halını alıb. Əsas odur ki, insanların qəlblərində hasarlar olmasın. Həyatyanı ərazidəki hasarlar insanların yaxınlığı üçün o qədər də böyük problem deyil”.

Gültəkin Ələsgər  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...