Modern.az

Azərbaycanda Hərbi Dəniz Qüvvələrinin sabiq Qərargah rəisi tutuldu

Azərbaycanda Hərbi Dəniz Qüvvələrinin sabiq Qərargah rəisi tutuldu

Təhsil

4 Aprel 2014, 17:31

Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq Qərargah rəisi, HDQ-nin keçmiş komandanı vəzifəsini icra edən I dərəcəli kapitan (polkovnik) Yunus Məmmədov saxlanılıb.

Faktı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.

Qeyd edilir ki, HDQ-da baş verən maliyyə pozuntuları və Nizamnamədən kənar hərəkətlərlə bağlı aparılan yoxlamalar çərçivəsində Yunus Məmmədov aprelin 3-də istintaqa çağırılaraq ona qarşı ittiham elan olunub. Bundan sonra onun saxlanması ilə bağlı qərar verilib.

Xatırladaq ki, bir neçə gün əvvəl HDQ-nin komandanı vəzifəsini icra edən, hərbi birləşmənin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədov işdən çıxarılaraq sərəncama göndərilmişdi.

HDQ-nin qərargah rəisi vəzifəsinə isə III dərəcəli kapitan Şahin Məmmədov təyin olunub. O, həm də HDQ-nin komandanı vəzifəsini icra edir.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...