Modern.az

Ərdoğan Bakıya gəldi

Ərdoğan Bakıya gəldi

Təhsil

4 Aprel 2014, 14:54


Modern.az saytı xəbər verir ki, Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğan bir qədər öncə Bakıya rəsmi səfərə gəlib.

Ərdoğan artıq Azərbaycanda Heydər Əliyev adına beynəlxalq hava limanındadır. Ərdoğanla birgə Bakıya enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, müdafiə naziri İsmət Yılmaz da gəlib.

Qeyd edək ki, R.T. Ərdoğanın Bakıya səfəri çərçivəsində Əjdərbəy məscidində şiə və sünnilərlə birgə namaz qılacağı gözlənilir. Baş nazir Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşəcək. Görüşdə iki ölkə arasındakı əlaqələrin, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin olacağı gözlənilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...