Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclası başa çatıb. Modern.az xəbər verir ki, iclasın gündəliyinə daxil olan 17 məsələ müzakirə olunub, səsə qoyulduqdan sonra qəbul olunub. Bunlar “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında”, "Azərbaycan Respublikası hökuməti və İraq Respublikası hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında" Sazişin təsdiq edilməsi, habelə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, "Tibbi sığorta haqqında", "Texniki təhlükəsizlik haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında", "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında", "Nəqliyyat haqqında", "Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Ətraf mühitin mühafizəsi haqqında" qanunlara dəyişikliklər edilməsi barədə sənədlər, "Dövlət qulluqçularının icbari sığortası haqqında" Qanunun ləğv edilməsidir.
Bundan əlavə , "Bədən tərbiyəsi və idman haqqında", "Avtomobil yolları haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", o cümlədən "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanunlara əlavə və dəyişikliklər edilib.
Modern.az