
Bu gün Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni Dövlət müşaviri Kamal Abdulla Dini Qurumlarla İş üzrə Dövlər Komitəsinində keçirilən müşavirədə iştirak edərək, Komitənin kollektivi ilə görüşüb.
Modern.az-ın məlumatına görə, müşüvirəni açan Dövlət Komitəsinin sədri Elşad İskəndərov Prezidentin sərəncamına uyğun yaradılmış yeni xidmətin Azərbaycan dövlətinin başçısının dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərimizin inkişafına qayğısının bariz rəmzi olduğunu bildirib, bu sahədə fəaliyyət Dövlət Komitəsinin işinin məsuliyyətinin də artığını deyib. Daha sonra dövlət müşavirinə DQİDK fəaliyyəti, aparılan işlər və planlar barədə ətraflı məlumat verib.
Görüşdə ətraflı çıxış edən Kamal Abdulla ölkə Prezidenti İlham Əliyevin müvafiq sahə ilə, həmçinin yeni xidmətlə bağlı qarşıya qoyduğu məqsəd və vəzifələr haqqında danışmış, dövlət-din münasibətləri, tolernatlıq sahəsində Dövlət Komitəsinin həyata keçirdiyi fəaliyyət və layihələrlə bağlı firkilərini bildrimiş, sözügedən vəzifələrdən irəli gələn vahid konsepsiya və fəaliyyət planı əsasında DQİDK ilə birlikdə həyata keçiriləcək işlərdən bəhs edib. Görüş zamanı həmçinin gələcəkdə həyata keçiriləcək konkret layihələr müəyyənləşdirilərək ətrafında fikir mübadiləsi aparılıb.
Modern.az