Modern.az

Azərbaycanda yeni jurnal işıq üzü görüb – “Parks&Gardens”

Azərbaycanda yeni jurnal işıq üzü görüb – “Parks&Gardens”

Təhsil

4 Aprel 2014, 15:10


İlk bağçılıq və landşaft dizaynı jurnalı olan “Parks&Gardens” artıq oxucuların ixtiyarına verilib. Bu haqda Modern.az-a “Parks&Gardens” jurnalının redaktoru İlqar Əhməd məlumat verib.

O bildirib ki, ilk bağçılıq və landşaft dizaynı jurnalı “Parks&Gardens” bağ həvəskarları, bağçılar, bağ evi və villası olanlar üçün nəzərdə tutulub.

“Jurnalın əsas mövzusu bağın planlaşdırılması və tərtibatı, landşaft dizaynı, Azərbaycanın və dünyanın parkları haqqında geniş informasiya, şəhər dizaynında yeniliklər və s.-dən ibarətdir. Ölkədə bu sahədə ilk olan jurnal oxucularını landşaft dizaynında müasir texnologiya və yeni tendensiyalarla tanış edir, bağ dizaynı tarixi haqqında məlumat verir. Jurnalda həmçinin, bitkilərin düzgün seçimi və onlara qulluq, bağbanlar üçün mövsümə uyğun praktik məsləhətlər, dərman bitkilərinin istifadə qaydaları, qışbağı, terras və eyvanların dekorativ bəzədilməsi, maraqlı müsabiqələr və s. yer alıb”-deyə redaktor bildirib.  

İ.Əhməd onu da bildirib ki, iki aydan bir çap olunacaq “Parks&Gardens” ilk nömrəsində oxucularımıza gül toxumları hədiyyə etmişik. Oxucular  bu jurnalı  supermarket və köşklərdən əldə edə bilərlər. Qiyməti isə 3 AZN-dir. Jurnalın rəsmi web-səhifəsi www.parkgarden.az saytıdır.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...