Modern.az

Vüsalə Mahirqızı Aydın Mirzəzadəyə cavab verdi

Vüsalə Mahirqızı Aydın Mirzəzadəyə cavab verdi

Təhsil

4 Aprel 2014, 16:58

Modern.az-ın məlumatına görə "APA Holding"in rəhbəri Vüsalə Mahirqızı millət vəkili Aydın Mirzəzadənin ittihamlarına özünün Facebook səhifəsində gülüşlə cavab verib.

“Aydın Mirzəzadəyə APA-nı xüsusi diqqətlə izlədiyi üçün təşəkkür edirəm. Seçimi və oxucu zövqü pis deyil. Buna görə onu bağışlamaq olar.
Görürsüz, adam hətta açıqlamasına dəxli oldu-olmadı APA-nın adını yazanda, bütün media yazır” - Vüsalə Mahirqızı bildirib.

Qeyd edək ki, millət vəkili Aydın Mirzəzadə sürücüsünə məhkəmə hökmü oxunması ilə bağlı APA-nın yazıdığı xəbəri tənqid edib. O, bildirib ki, hadisə ötən ilin fevralında baş verib, məhkəmə hökmü isə ötən ilin iyulunda verilib. APA isə həmin köhnə xəbəri indi yayıb.

Misranə Həsənzadə

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...