Modern.az

50 min nəfərə qədər əhali tibbi müayinədən keçib

50 min nəfərə qədər əhali tibbi müayinədən keçib

Təhsil

4 Aprel 2014, 17:38

Prezident İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da uğurla icra olunur.

Prezidentin əhalinin tibbi müayinədən küçirilməsi ilə bağlı sərəncamı sadəcə ksmpaniya xarakterli deyil, ümumi məqsəd daşıyır ki, bunun da əsasında insan amili dayanır. Sağlam bədəndə sağlam ruh olması bu gün özünün aktuallığı ilə diqqəti daha çox cəlb etməkdədir. Ölkə başçısının “Hər bir vətəndaş, hər bir insan ildə bir dəfə müayinədən keçməlidir” çağırışına füzulililər də yekdilliklə qoşulublar. Bu fikirlər Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, idarə, müəssisə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırıqlarının müzakirə olunduğu müşavirədə bildirildi. Tədbiri açan Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, respublika əhalisinin sağlamlığı məsələləri hər zaman ölkə başçısının diqqət mərkəzində olub. Alı Alıyev qeyd edib ki, əhalinin sağlamlığının qorunmasına yönələn aksiyanın yüksək mütəşəkkilliklə keçirilməsini təmin etmək üçün xüsusi komissiya yaradılıb, tibb ocaqlarında iş qrafiki tərtib edilib.
“Əhalimiz tibbi müayinədən keçirilmə ilə bağlı Azərbaycan Prezidentinin göstərişini xalqımızın sağlamlığına, uzunömürlülüyünə dövlət qayğısının əyani təzahürü kimi qiymətləndirir. Bu diqqət və qayğı füzulililər tərəfindən də razılıq hissi ilə qarşılanır”.

Bildirilib ki, Prezident İlham Əliyevin  ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə bağlı rayonda operativ tədbirlər görülüb, səhiyyə müəssisələrinin rəhbərlərinə müəssisələrdə tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin hazırlığı barədə tapşırıq verilib.

Rayon sakinləri Horadiz şəhər, Əhmədbəyli və Qayıdış xəstəxanalarında, Mərkəzi Rayon Xəstəxanasında və Müalicə Diaqnostika Mərkəzində müayinədən keçirilir. Səyyar həkim briqadaları isə müayinəyə gəlmək imkanları olmayan sakinlərə evlərdə xidmət göstərirlər. Fevral və mart aylarında 50 min nəfərə qədər əhali tibbi müayinədən keçib. Onlardan 691 nəfər ambulator müayinəyə cəlb olunub, 226 nəfəri stasionar müalicəyə götürülüb, daha ciddi müalicə üçün 57 nəfər Bakı şəhərinə göndərilib.

Tədbirə Alı Alıyev yekun vurub, tibb müayinənin gedişi, mövcud nöqsanlar və cari məsələlərlə bağlı tapşırıqlar verib.





Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...