Modern.az

Keçmiş döyüşçülər hərbi hissələrə gedəcək

Keçmiş döyüşçülər hərbi hissələrə gedəcək

Təhsil

4 Aprel 2014, 17:42


“Dəfələrlə Müdafiə Nazirliyinə müraciət etmişik, dəfələrlə görüşlərimiz olub. Əsgərlər özləri keçmiş döyüşçülərlə görüşməkdə maraqlıdırlar, buna böyük həvəs də göstərirlər. Axırıncı dəfə görüşümüz 4 ay əvvəl olub”.

Bunu Modern.az-a Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev növbəti görüş üçün Müdafiə Nazirliyinə edilən müraciətlə bağlı açıqlama verərkən bildirib: “Dəfələrlə əsgərlərlə görüşən keçmiş döyüşçü kimi məni çox sevindirir. Düşünürəm ki, bu onlara yalnız və yalznız ruh yüksəkliyi verir. Əzmkarlıqları daha da artır. Əsgərlərimiz atəşkəs dövründə şəhid olur, atəşkəs tez-tez pozulur. Bütün bunlar bizi çox narahat edir. Keçmiş döyüşçülərin yüksək səviyyədə döyüş təcrübələri var, onlar döyüş yolu keçiblər”.

F.Rzaquliyev deyib ki,  keçmiş döyüşçülərin hərbi hissələrdəki görüşləri əsgərlərimizi daha da ürəkləndirər, vətənpərvərlik ruhunu daha da möhkəmləndirər: “Bu baxımdan dəstəyimizi verməyə hazırıq. Biz döyüşü yaşamış insanlarıq, çəkinəcək, qorxacaq heç nəyimiz yoxdur. Əsgərlərimizə dəstək olmaq üçün əlimizdən gələni etməyə, keçmiş təcrübəmizdən istifadə edilməsinə hər zaman hazırıq”.

Gülşən Raufqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...