Modern.az

İlham Əliyev və Ərdoğan nurçuluqla bağlı suala cavab verdilər - YENİLƏNİB

İlham Əliyev və Ərdoğan nurçuluqla bağlı suala cavab verdilər - YENİLƏNİB

Təhsil

4 Aprel 2014, 18:16

Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin ölkəmizdə səfərdə olan Baş naziri Rəcəb Tayyib Ərdoğanı qəbul edib. Mediaya qapalı keçən təkbətək görüşdən sonra, danışıqlar hər iki ölkənin nümayəndə heyətinin iştirakı ilə davam etdirilib.
Görüşlərdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Bu səfərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından önəmi qeyd edilib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Daha sonra liderlər media qarşısına çıxıb. Prezident və Baş nazir jurnalistlərin suallarını cavablandırıblar.

Baş nazir Ərdoğan bildirib: "Azərbaycanla ikili əlaqələrimizi və regional məsələləri qiymətləndirmə fürsəti tapdıq. Aramızda siyasi, əsgəri, ticari, mədəni birlik, həmrəylik mövcuddur. Bunlar qardaşlığımızın hara çatdığını göstərən ifadələrdir. Ciddi sərmayələri birlikdə yatıracağıq. “Petkim”dəki yeni sərmayələr bunun əhəmiyyətini ifadə edir. İkili və heyətlərarası görüşmələrdə bunları qiymətləndirdik. Azərbaycan ilə Türkiyə arası üst səviyyə ziyarətlər son vaxtlarda daha da artdı və bundan sonra da tərəddüdsüz davam edəcək. Bu gün aramızda Qarabağ məsələsini müzakirə etdik. Dağlıq Qarabağ məsələsində bu günə qədər olduğu kimi bundan sonra da eyni qərarlı tutumumuzu davam etdirəcəyik. Bu məsələdə güzəştə getmək əsla mümkün deyil".

İlham Əliyev: “Biz Türkiyə ilə bir yerdəyik. Siyasi sahədə müttəfiqik. İqtisadi sahədə böyük layihələrə imza atırıq. Növbəti 7-8 il ərzində Türkiyəyə 20 milyard dollar Azərbaycan sərmayəsi qoyulacaq. Bizi birləşdirən enerji layihəsini bərabər icra edirik. Artıq bu layihələr dünya miqyaslı layihələrdir. Biz hərbi sahədə əməkdaşlıq barədə fikir mübadiləsi apardıq Burada yaxşı imkanlar var. Qarabağ məsləsi müzakirə edildi. Türkiyə bu məsələdə həmişə bizə dəstəkdir . Ərazimiş işğal altındadır. Buna son qoyulmalıdır”.

Jurnalistlərin "nurçu camaatla bağlı hər hansı müzakirələniz oldumu” sualına Ərdoğan "təbii ki, ölkələrimizdə hər hansı bir çətinlik varsa və bu çətinlik ölkələrimizi həqiqətən narahat edirsə, bunu da ayrıca aramızda qiymətləndirərik" deyə cavab verib. 
Azərbaycan prezidenti İlham Əliyev də eyni sualı cavablandırarkən "bizim görüşümüz ənənəvi hal alıb. Gələn ay da ola bilər. İyun ayında da. Biz müttəfiq, dostuq. Aramızda olan söhbətlər geniş sahəni əhatə edir. Dost kimi müzakirə etmədiyimiz məsələ yoxdur. Bizim əlaqələrimizə zərrə qədər zərər verəcək hər hansı bir addıma imkan verməyəcəyik. Biz məsələləri dost, qardaş kimi müzakirə edirik. Azərbaycan ilə Türkiyə həmfikirdir...
Türkiyə Azərbaycan birliyi davam edəcək. Biz həmişə bir-birimizin yanıda olacağıq. Qardaşlar belə olmalıdır” deyib.

"AKP-nin nurçu hərakatı ilə əlaqəsi olduğu iddia edilir" sualına Ərdoğan, "Mənə çox qəribə gəldi. Bizim elə bir əlaqəmiz yox. Yalnız millətlə əlaqəmiz var, o səbəblə də son seçkidə yüzdə 46 faiz səs qazandıq” deyə cavab verib.
Ərdoğan “tək millət, tək bayraq, tək vətən, tək dövlət qanunumuz var" deyə vurğulayıb.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...