Sabah Türkiyə səfirliyi ilə birgə minilliyin geyimləri ilə bağlı sərgi keçiriləcək
Lider Qadınlar İctimai Birliyi Türkiyə səfirliyi ilə birgə minilliyin geyimləri ilə bağlı təqdimat keçirəcək. Aprel ayının 5-də min ildən çox yaşı olan Osmanlı, Dədə Qorqud dövründən olan qadın geyimlərinin podyumu baş tutacaq.
Bu barədə Modern.az-a millət vəkili Məlahət İbrahimqızı məlumat verib. O, bildirib ki, qeyri-maddi mənəvi irs kimi qadınların ipək üzərində əl işləri sərgisi keçiriləcək.
Qeyd edək ki, tədbir sabah saat 14:30-da Jumeyrah otelində keçiriləcək.
Modern.az