Modern.az

Mobil telefonlardakı gizli təhlükə

Mobil telefonlardakı gizli təhlükə

Təhsil

4 Aprel 2014, 20:22

Modern.az saytı xəbər verir ki, mütəxəssislər yanımızdan az qala bir saniyə belə ayırmadığımız mobil telefonların hər keçən gün baş və boyun sağlamlığımıza bir az daha ziyan vurduğu dilə gətirirlər.

İnkişaf edən texnologiyayla birlikdə mobil telefonlar, planşet kompüterlər kimi bir çox mobil cihaz, gündəlik həyatımızın bir parçasına çevrilib. Uzun müddət kompüter və mobil telefonların istifadəsi, saatlarla bədənin və başın önə əyili qalması nəticəsində başda, boyunda, çiyin və qollarda ağrı mərkəzləri əmələ gəlir və bu ağrılar get-gedə şiddətlənməyə başlayır.

Texnoloji cihazlardan müntəzəm istifadə nəticəsində, xüsusilə gənclərdə müvazinət pozuqluqlar və hətta qozbellik əlamətləri də əmələ gələ bilər.

Buna görə də, mütəxəssislər şəxsi sağlamlığımız üçün mobil cihazlardan daha az istifadəni nəzərdə tutur.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...