Modern.az

Müəllimlərlə bağlı müsabiqənin nəticələri elan olundu

Müəllimlərlə bağlı müsabiqənin nəticələri elan olundu

Təhsil

Bu gün, 21:44

Şəhid ailəsi üzvləri üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub.

Bu barədə Modern.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, şəhid ailəsi üzvləri üçün 21-22 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri onların şəxsi səhifələrə göndərilib. Müəllimlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçiminin nəticələri ilə tanış ola bilərlər.

Elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi üzvü olan müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.

Qeyd edək ki, uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdan sonra tutduqları vakansiyaya təyin olunacaq. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV