Modern.az

Kooperasiya Kollecində "Məzun günü"ndə fərqlənənlər təltif olundu - FOTO

Kooperasiya Kollecində "Məzun günü"ndə fərqlənənlər təltif olundu - FOTO

Təhsil

29 İyun 2026, 16:46

İyunun 30-da Bakı Biznes və Kooperasiya Kollecində "Məzun günü" münasibətilə konsert proqramı təşkil olunub.

Modern.az xəbər verir ki, 2025/2026-cı tədris ilini uğurla başa vuran tələbələrin mükafatlandırılması, müəllimlərin və məzunların çıxışları ilə müşayiət olunan tədbiri kollecin direktoru Elnur Allahverdiyev açıq elan edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rəsmi hissədə müəllimlər və məzunlar çıxış edərək tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbir çərçivəsində təhsildə əldə etdikləri nailiyyətlər və ictimai fəallıqları ilə seçilən bir qrup məzun xüsusi fəxri fərmanlarla təltif olunub. Eyni zamanda kollecin əməkdaşlarına "İlin şöbə müdiri", "İlin fənn birləşmə sədri", "İlin müəllimi" və "İlin işçisi" nominasiyaları üzrə mükafatlar təqdim edilib.

Rəsmi hissədən sonra tədbir bədii proqramla davam edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada