Modern.az

Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə müraciətlərin sayı rekord həddə çatıb

Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə müraciətlərin sayı rekord həddə çatıb

Diaspor

4 İyul 2024, 13:34

2024-cü ilin 1-7 avqust tarixində Laçında keçiriləcək “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə ötən illərlə müqayisədə rekord həddə müraciət qeydə alınıb.

 

Düşərgədə iştirak üçün 60-dan çox ölkədən diaspor gənclərinin və Azərbaycana dost münasibəti bəsləyən gənclərin müraciəti daxil olub.

 

Hazırda Düşərgədə iştirak edəcək gənclərin seçim prosesi gedir.

 

Qeyd edək ki, müraciətlərin sayının çoxluğu bir tərəfdən layihənin nüfuzunun artmasının, digər tərəfdən xaricdə yaşayan gənclərimizin işğaldan azad olunmuş əraziləri görmək istəyinin nəticəsidir.

 

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə bu günə kimi Diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa və Naxçıvan şəhərlərində 4 yay düşərgəsi təşkil olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi