Modern.az

Keşiş Baqrat da İran səfirliyinə başsağlığı verməyə GETDİ

Keşiş Baqrat da İran səfirliyinə başsağlığı verməyə GETDİ

23 May 2024, 10:43

Ermənistanın radikal və revanşist ünsürlərinin “Vətən uğrunda Tavuş” etirazlarının lideri arxiyepiskop Baqrat Qalstanyan İrəvandakı İran səfirliyində olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Baqrat helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi və nümayəndələr üçün açılmış matəm kitabına qeydlər qoyub. 

 

"Biz İrana başsağlığı veririk. Qəlbimiz və dualarımız İran xalqı, onun mənəvi lideri ilədir", - Baqratın qeydləri belədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri