Modern.az

Blenkenin müavini Qafqaza GƏLİR

Blenkenin müavini Qafqaza GƏLİR

Dünya

10 İyul 2024, 19:45

ABŞ dövlət katibi Entoni Blenkenin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Gürcüstana və Ermənistana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

 

Məlumata görə, səfər 9-17 iyul tarixlərinə planlaşdırılıb.

 

Səfəri çərçivəsində Uzra Zeya demokratik idarəetmə, anti-korrupsiya, mətbuat azadlığı, ifadə azadlığı və həssas qruplar kimi məsələlərlə məşğul olacaq.

 

Əlavə olunub ki, dövlət katibinin müavini Gürcüstanda hökumət rəsmiləri, vətəndaş cəmiyyəti, media və parlament nümayəndələri ilə görüşərək "“xarici təsir” qanunu və digər qeyri-liberal qanunların qəbul edilməsi”, həmçinin “Gürcüstan hökumətinin zərərli ritorikası” ilə bağlı ABŞ-nin dərin narahatlığını vurğulayacaq.

 

Uzra Zeya Ermənistanda ali hökumət rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşərək ABŞ-Ermənistan tərəfdaşlığını müzakirə edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri