Modern.az

Sirk artisti hündürlükdən yıxılıb öldü

Sirk artisti hündürlükdən yıxılıb öldü

15 İyul 2024, 13:36

Rusiyanın Rostov vilayəti üzrə Dövlət Cinayət Axtarış İdarəsi bildirib ki, Rostov-na-Donuda tamaşa zamanı yüksəklikdən yıxılan sirk artisti ölüb.

Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, hadisə iyulun 14-də axşam saatlarında baş verib. Sirk tamaşası zamanı sənətçi dörd metrdən çox hündürlükdə iki sirk qülləsi arasında uzanan kabel boyunca hərəkət edərək sükanı olmayan velosipeddə kaskadyorluq edib. Lakin tarazlığını itirərək yerə yıxılıb.

"O, hadisə yerindən xəstəxanaya aparılıb və aldığı xəsarətlərdən orada ölüb", - məlumatda  bildirilib.

Faktla bağlı “ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda əməyin mühafizəsi tələblərini pozma” maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə-tibbi ekspertizası təyin edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri