Modern.az

Atası yamaykalı, anası hindistanlı - Demokratların namizədi Kamala Harris KİMDİR...

Atası yamaykalı, anası hindistanlı - Demokratların namizədi Kamala Harris KİMDİR...

22 İyul 2024, 09:04

ABŞ Prezidenti Co Bayden prezident seçkilərində namizəd olmayacaq. O, yenidən seçilmək istəmədiyini və prezidentlik yarışını tərk etdiyini qeyd edib. Bayden vitse-prezident Kamala Harrisin namizəd olmasını dəstəkləyib.

 

Demokratların bir çox tanınmış nümayəndəsi də Harrisə dəstək ifadə edib. Bayden yarışdan çıxdığını elan etdikdən sonra Harrisin komandası seçki üçün 55 milyon dollardan çox pul toplaya bilib.

 

Modern.az Kamala Harrisin bioqrafiyasını təqdim edir.

 

Xanım siyasətçi 20 oktyabr 1964-cü ildə Kaliforniyada anadan olub. Anası Hindistandan ABŞ-yə tələbə olaraq gələn bioloq, atası isə Yamaykadan ABŞ-yə təhsil almaq üçün gələn qaradərili iqtisad professorudur. 

 

Universitet təhsilini Hovard Universitetində başa vurub, ixtisasca hüquqşünasdır. Uzun illər San-Fransiskoda prokuror işləyən Harris Kaliforniyanın baş prokuroru olub. Harris 2016-cı ildə Kaliforniyadan Konqresə girən ilk Cənubi Asiya mənşəli və ikinci qaradərili senator olub.

 

2020-ci ildə keçirilən prezident seçkilərində Bayden tərəfindən vitse-prezidentliyə namizəd kimi göstərilib. O, Co Baydenlə birlikdə and-içərək ABŞ-ın afroamerikalı ilk qadın vitse-preidenti olub. Vitse-prezidentliyi dövründə 20-yə yaxın ölkəyə səfər edib və 150-dən çox liderlə görüşüb.

 

Harris 2014-cü ildə hüquqşünas həmkarı Duqlas Emhoff ilə ailə həyatı qurub.

 

Ekspertlər deyir ki, Harris prezident seçiləcəyi təqdirdə Ukrayna, Çin və İran kimi əsas məsələlərlə bağlı Co Baydenin xarici siyasətinə sadiq qalacaq. Lakin o, Qəzza müharibəsi ilə bağlı İsraillə daha sərt mövqedə olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri