Modern.az

Rusiyada həbs olunan tatar jurnalist azadlığa çıxıb - ABŞ-la mübadilə (YENİLƏNİB)

Rusiyada həbs olunan tatar jurnalist azadlığa çıxıb - ABŞ-la mübadilə (YENİLƏNİB)

Dünya

1 Avqust 2024, 16:50

“Azadlıq radiosu"nun tatar-başqırd xidmətinin jurnalisti, ABŞ vətəndaşı olan Alsu Kurmaşeva da bugünkü mübadilə çərçivəsində Rusiya tərəfindən azadlığa buraxılıb.

 

Modern.az xəbər verir ki, o, Evan Qerşkoviç və digər ABŞ-dan olan məhbuslarla birgə azad olunub.

 

Keçən həftə Tatarıstanın Ali Məhkəməsi onu Rusiya ordusu ilə bağlı “saxta xəbərlər” yaymaq maddəsi ilə 6,5 il müddətinə azadlıqdan məhrum etmişdi.

 

***

22.07.2024 / 17:36

 

Rusiyada jurnalist Alsu Kurmaşeva 6,5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" məhkəmə iclasının səs yazısına istinadən məlumat yayıb.

 

Tatarıstanın Ali Məhkəməsi "İdel.Realii"nin jurnalisti Alsu Kurmaşevaya hökm çıxarıb. İşə bağlı qapılar arxasında baxılıb. Onun Rusiya və Amerika vətəndaşlığı var

 

Jurnalist “Azadlıq radiosu"nda işləyirdi və Praqada yaşayırdı, bəzən Rusiyaya da gedib-gəlirdi. 2023-cü ilin iyun ayında o, “təcili ailə ehtiyacı ilə əlaqədar” Rusiya Federasiyasına gedib və geri uçmaq istəyəndə hava limanında saxlanılıb və həm Amerika, həm də Rusiya pasportları götürülüb.

Bu xəbər ilə bağlı
Rusiya casusluqda günahlandırdığı ABŞ jurnalistini mübadilə etdi - YENİLƏNİB
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə: Ordumuzun hərbçisi həlak oldu