Modern.az

Rusiya və Azərbaycanın nazir müavinləri Cənubi Qafqazı müzakirə etdilər

Rusiya və Azərbaycanın nazir müavinləri Cənubi Qafqazı müzakirə etdilər

23 İyul 2024, 15:46

İyulun 23-də Moskvada Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifovla məsləhətləşmələr aparıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Cənubi Qafqaz və ona bitişik regionlardakı mövcud vəziyyəti müzakirə ediblər.

Avropa İttifaqı və NATO məsələləri, ATƏT-dəki vəziyyət və Avropa Şurasının regional fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Qarşılıqlı maraq doğuran bir sıra ikitərəfli və beynəlxalq mövzulara toxunulub.

Görüş Rusiya-Azərbaycan müttəfiqliyinin ruhuna uyğun gələn ənənəvi dostluq və etimad şəraitində keçib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri