Modern.az

Gənc yazıçılar başının \"razmer\"indən böyük danışır - Seyran Səxavət 

Gənc yazıçılar başının \

11 Noyabr 2023, 17:40

"Bəzi ədəbi nəsillərdən fərqli olaraq bizim ədəbi nəsil Allahın istədiyi ədəbi nəsildir"

 

Modern.az xəbər verir ki, bu sözləri yazıçı Seyran Səxavət Bakı Beynəlxalq Kitab sərgisində keçirilən Xalq şairi Sabir Rüstəmxanlının "Ölüm son deyil: tanıdığım Heydər Əliyev" kitabının təqdimatında deyib.

 

O, həmçinin gənc yazıçılar haqqında fikirlərini də bölüşüb:

 

"İndi bəzi cavanların iddiaları hikkələrindən min dəfə balacadır. Fəaliyyətləri hikkələrindən milyon dəfə kiçikdir. Bir dəfə o cavanlarla görüşəndə məndən soruşdular ki, "müəllim, ağlın bizdən nə kəsir?" Dedim, sizdə istedadlı insanlar var, amma başınızın "razmer"indən böyük danışırsız". Ölçü sözünü qəsdən "razmer" dedim ki, dava düşməsin".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi