Modern.az

Aquero karyerasını bərpa EDƏCƏKMİ?

Aquero karyerasını bərpa EDƏCƏKMİ?

25 Fevral 2024, 17:40

Ürəyində problem yarandığına görə 2021-ci karyerasını başa vuran "Mançester Siti"nin sabiq hücumçusu Serxio Aquero yaşıl meydanlara qayıda bilər.

 

Modern.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Argentinanın “İndependiente” klubu 35 yaşlı futbolçunun xidmətində maraqlıdır.

 

Bundan əvvəl Aguero canlı efirdə kardioloqa zəng edərək meydanda 10-20 dəqiqə oyun keçirə bilib-bilməyəcəyini soruşmuşdu. Mütəxəssis ona cavab verib ki, əgər fiziki hazırlığı yerindədirsə, səhhətində heç bir problem olmamalıdır.

 

Bildirilir ki, Aquero "İndependiente" ilə bir neçə oyun keçirə və nəhayət, futbolçu karyerasını bitirə bilər.

 

Qeyd edək ki, argentinalı futbolçu "İndependiente"in yetirməsidir. O, daha sonra "Atletiko", "Mançester Siti" və "Barselona"da çıxış edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri