Modern.az

Dövlət büdcəsinin icrası haqqında qanun layihəsi qəbul edildi

Dövlət büdcəsinin icrası haqqında qanun layihəsi qəbul edildi

İqtisadiyyat

14 İyun 2024, 10:44

Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

 

Modern.az xəbər verir ki, Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 35 milyard 574,8 milyon manat (2022-ci illə müqayisədə artım 16 %), gəlirlər üzrə plan 105 % icra olunub.


2023-cü ildə dövlət büdcəsinin xərcləri 36 milyard 458,5 milyon manat (artım 13,7 %) təşkil edib, proqnoz 99,5 % icra olunub.


2023-cü il dövlət büdcəsinin kəsiri 883,7 milyon manat və ya ÜDM-in 0,7 %-ni təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti