Modern.az

Prezidentin köməkçiləri 10 nəfər oldu - SİYAHI

Prezidentin köməkçiləri 10 nəfər oldu - SİYAHI

17 Noyabr 2022, 17:26

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevə yeni köməkçi təyin edilib.

Ölkə başçısının yeni köməkçisi Xalid Əhədovdur. O, bu təyinatadək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışırdı.

Sözügedən təyinatdan sonra Azərbaycan Prezidentinin köməkçilərinin sayı artıb.

Modern.az-ın məlumatına görə, Azərbaycan Prezidentinin köməkçiləri 10 nəfər olub.

Onların siyahısını təqdim edirik:
 

1. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Cəmilə Abbasova


2. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov


3. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov


4. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev


5. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev


6. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov


7. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev


8. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov


9. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov

10. Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu