Modern.az

Obyektdə atəş açan şəxs saxlanıldı

Obyektdə atəş açan şəxs saxlanıldı

Hadisə

28 Noyabr 2023, 21:54

Noyabrın 28-də saat 19:30 radələrində Şəki şəhərində yerləşən obyektlərdən birinə naməlum şəxs tərəfindən ov tüfəngi ilə atəş açılması barədə şəhər-rayon polis şöbəsinə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini,1989-cu il təvəllüdlü Səmədov Famil Abduləli oğlu saxlanılıb. Ondan hadisə zamanı istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI