Modern.az

Myanmada toqquşmalar - Əhali Tailanda köçür

Myanmada toqquşmalar - Əhali Tailanda köçür

Dünya

21 Aprel 2024, 17:50

Myanmada son iki gündə hökumət qüvvələri ilə etnik silahlılar arasında qarşıdurma fonunda 3 minə yaxın sakin Tailandla sərhədi keçib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Tailandın xarici işlər naziri Panpri Pittanukon deyib.

 

“Hazırda Myanmadan olan 3 minə yaxın qaçqın Tailanda köçüb, onların hamısı Daxili İşlər Nazirliyinin əməkdaşlarının himayəsindədir”, - nazir bildirib.

 

Qeyd edək ki, döyüşlər Myanmanın Tailandla sərhəd Myavadi şəhəri ərazisində gedir.

 

Pittanukonun sözlərinə görə, Tailand münaqişə tərəfləri arasında danışıqlar prosesində vasitəçi olmağa hazırdır.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı