Modern.az

Pullu yolların ödəniş məbləğini Tarif Şurası müəyyənləşdirəcək

Pullu yolların ödəniş məbləğini Tarif Şurası müəyyənləşdirəcək

13 İyul 2024, 10:47

Nazirlər Kabineti 6 mart 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası”nda dəyişiklik edib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

 

Qərara əsasən, bundan sonra hər bir ödənişli avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla Tarif (Qiymə) Şurası təsdiq edəcək. İndiyə qədər bu məsələdə nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı da nəzərə alınırdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri