Modern.az

Etibar Əliyev deputatlığa namizəd olmadı - Səbəbini özü AÇIQLADI

Etibar Əliyev deputatlığa namizəd olmadı - Səbəbini özü AÇIQLADI

Parlament

6 Avqust 2024, 09:47

VI çağırış Milli Məclisin deputatı Etibar Əliyev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq onun özü məlumat verib.

 

O vurğulayıb ki, namizədliyini könüllü olaraq irəli sürməyib.

 

"Biz böyük Zəfər qazanmışıq və hər kəsin üzərinə çalışdığı sahədən asılı olmayaraq böyük məsuliyyət düşür. Mən öz üzərimə düşən məsuliyyətimi dərk edən adamam. Mənim əzəldən missiyam maarifçiliyin təbliğidir və bu istiqamətdə işlərimi daha intensiv şəkildə davam etdirəcəm. Bu seçkidə bütün layiqli namizədlərə uğurlar arzulayıram. Seçkidə səsimi ən layiqli namizədə verəcəm. Düşünürəm ki, VII çağırışın deputatları VI çağırışın deputatları kimi ölkəmizin inkişafı naminə mühüm qanunların qəbul olunmasında fəal iştirak edəcəklər. Bununla yanaşı onların ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı barədə gözləntilərim böyükdür".

 

Qeyd edək ki, Etibar Əliyev 2020-ci ildə 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputat seçilib. O, VI çğaırış Milli Məclisin Gənclər və idman komitəsinin, Elm və təhsil komitəsinin üzvü, Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Finlandiya, İsveç, Qazaxıstan, Norveç parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran təhdid etdi, ABŞ adamını Bakıya göndərdi