Modern.az

YAP-ın deputatlığa namizədləri kimlərdir: gənclər, veteranlar, xanımlar... - ADLAR

YAP-ın deputatlığa namizədləri kimlərdir: gənclər, veteranlar, xanımlar... - ADLAR

Reportaj

17 İyul 2024, 11:51

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin bugünkü iclasında hakim siyasi qurumun deputatlığa namizədlərinin adları müəyyən edilib.

Artıq siyahı ilə bağlı ilkin açıqlamalar da verilib.

Modern.az xəbər verir ki, YAP İdarə Heyətinin bəzi üzvləri mətbuata açıqlamarında adlar da çəkiblər.

Məlum olub ki, Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Milli Məclisin keçmiş sədri Oqtay Əsədov, Şeyxülislam Allahşükür Paşazadənin qudasının oğlu Əliabbas Salahzadənin, Lerikin deputatı İqbal Məmmədovun adı YAP-ın namizədlər siyahısına salınmayıb.

Aqiyə Naxçıvanlı, Sədaqət Vəliyevanın da adlarının siyahıda olmadığı bildirilib.

Qeyd edək ki, onlar fəaliyyətini yenicə başa vuran VI çağırış Milli Məclisin üzvü olublar.

Milli Məclisin sədri Sahibə Qafarova, I vitse-spiker Əli Hüseynlinin namizədliyi irəli sürüləcək. 

VI çağırış Milli Məclisin üzvləri - köhnə deputatlar Eldar İbrahimov, Siyavuş Novruzov, Rəşad Mahmudov, Musa Quliyev, Tahir Mirkişili, Ziyafət Əsgərov, Azər Badamov, Kamal Cəfərov, Nurlan Həsənov, İmamverdi İsmayılov, Ramil Həsən, Məlahət İbrahimqızı, Hicran Hüseynova, Ağalar Vəliyev, Cavanşir Paşazadə isə YAP-ın siyahısına salınıb.

Əli Əhmədov, Mübariz Qurbanlı, Səyyad Aran, Eyvaz Qurbanov, Heydər Əsədov kimi veteran YAP-çılar da siyahıya salınıb.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadənin namizədliyi Naxçıvandan irəli sürüləcək.

Musa Quliyev iclasdan sonra bildirib ki, siyahı bu gün dərc olunacaq.

“Hamısı uğurlu namizəddir. Partiyamızın sədrinə hamımız minnətdarlığımızı bildirdik, etimadı doğruldacağımıza söz verdik. Çalışacağıq ki, xalqımızla bir yerdə növbəti 5 ildə də ölkəmizi, qanunverici hakimiyyətimiz daha da inkişaf etdirək, xalqımızın etimadını doğruldaq”. 

O, siyahıda xeyli dəyişiklik olduğunu deyib: “Siyahıda gənclər və xanımlar da var, veteranlar da qayıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri