Modern.az

İstedadlı şagirdlərin sayı artıb - Nazir

 İstedadlı şagirdlərin sayı artıb - Nazir

17 Aprel 2024, 13:26

"Keçmişə nəzərən istedadlı şagirdlərin sayı artıb".

 

Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Naziri Emin Əmrullayev "Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin rəsmi açılış mərasimində çıxışı zaman deyib.

 

Nazir qeyd edib ki, əvvəllər bu qədər çox şagird xaricin aparıcı universitetlərinə qəbul oluna bilmirdi:

 

"Şagirdlərin biliyini ölçdüyümüz meyarları nəzərə almalıyıq. Hər bir şagirdin mütləq ki istedadı var və məktəb bunu üzə çıxarmağı bacarmalıdır. Bizi düşündürən məsələlərdən biri də həmin savadlı şagirdləri ortaya çıxarmaqdır. Hətta planımızda var ki, şagirdləri istedadlarına görə müəyyənləşdirmək üçün müvafiq istiqamətdə addımlar ataq",- deyə nazir əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi