Modern.az

2-9-cu siniflərdəki boş yerlərə şagird qəbulu elan edildi

2-9-cu siniflərdəki boş yerlərə şagird qəbulu elan edildi

22 May 2024, 13:56

Bir sıra ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə 2-9-cu siniflərində yaranmış boş yerlərə şagird qəbulu üçün müsabiqə elan edilir.


Modern.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Müsabiqəyə qeydiyyat 23 may saat 15:00-dan 3 iyun saat 17:00-a qədər sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Qeyd edək ki, imtahanlar şagirdlərin 2024-2025-ci tədris ilində təhsil alacağı sinfə uyğun keçiriləcək.

İmtahanların keçiriləcəyi tarixlər barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrdə qəbul aparılacaq siniflər haqqında məlumatlarla aşağıda qeyd edilən keçidə daxil olaraq tanış ola bilərsiniz:

//docs.google.com/.../1O9JJvQpRQC6h.../edit...

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri