Modern.az

Subakalavrlar üçün builki müsabiqə ŞƏRTLƏRİ

Subakalavrlar üçün builki müsabiqə ŞƏRTLƏRİ

15 İyul 2024, 15:08

“İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çərçivəsində (V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar istisna olmaqla) əvvəlcə abituriyentlərin, sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılacaq”.

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) subbakalavrların builki qəbulu ilə bağlı suala cavab verilərkən bildirilib.

Qeyd edilib ki, V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar üzrə müsabiqə abituriyentlər və subbakalavrlar arasında eyni vaxtda aparılacaq. Eyni yerə iddia edən abituriyent və subbakalavrın qabiliyyət imtahanı üzrə yekun balı bərabər olarsa, bu zaman üstünlük abituriyentə veriləcək.

“Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcək. Eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
- Orta ixtisas təhsili pilləsi və ya yüksək texniki peşə təhsili səviyyəsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
- Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası (AYQƏO)”, - DİM-dən bildirilib.

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri