Modern.az

İlk dəfə tələbə qəbulu aparılacaq üç universitetin plan yeri MƏLUM OLDU

İlk dəfə tələbə qəbulu aparılacaq üç universitetin plan yeri MƏLUM OLDU

Təhsil

24 İyul 2024, 09:11

Bu il ilk dəfə tələbə qəbulu aparılacaq universitetlərin plan yerləri açıqlanıb.

Modern.az saytı xəbər verir ki, 2024-2025-ci tədris ilində ilk dəfə Azərbaycanda 3 universitetə qəbul həyata keçiriləcək.

Bunlar Qarabağ Universiteti, Türkiyə-Azərbaycan Universiteti və İtaliya-Azərbaycan Universitetidir.
 

Bu il Xankəndidə yerləşən Qarabağ Universitetinə 1120 tələbə qəbulu həyata keçiriləcək.
 

Türkiyə-Azərbaycan Universitetinə 90 tələbə qəbul ediləcək.


İtaliya-Azərbaycan Universitetlərinə isə 160 qəbul yeri ayrılıb.

Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetində təhsil ödənişsiz, İtaliya-Azərbaycan Universitetində isə yalnız ödənişli olacaq.

Belə ki, İtaliya-Azərbaycan Universitetlərində 4 ixtisasa qəbul həyata keçiriləcək, hər bir ixtisasın illik təhsil haqqı 6000 manat təşkil edəcək.

Bu il iniversitetlərə ixtisas seçimi avqustun 10-dan sonra aparılacaq.

Qeyd edək ki, universitetlərinin qəbul planı haqda ilk məlumatı Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov açıqlayıb.




A.Qorxmaz

Sizə yeni x var
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ