Modern.az

Sabir Rüstəmxanlı: ““Azərbaycan” qəzetinin yubileyinə keçmiş əməkdaşların hamısı dəvətlidir”

Sabir Rüstəmxanlı: ““Azərbaycan” qəzetinin yubileyinə keçmiş əməkdaşların hamısı dəvətlidir”

Təhsil

22 Oktyabr 2014, 12:25


“Bizimlə çiyin-çiyinə çalışan redaksiya heyəti üzvlərindən, sağ olan kimlər varsa, mümkün qədər hamısına dəvətnamə göndərmişik”.
Bunu Modern.az-a Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “Azərbaycan” qəzetinin 25 illik yubileyi ilə bağlı keçiriləcək tədbir barəsində deyib:

“Çox istərdim ki, tədbirə gələsiniz, çünki qəzetin yaranması və o prosesləri bir neçə cümlə ilə danışmaq mümkün deyil”.

Bu gün Sabir Rüstəmxanlının təsisçisi olduğu “Azərbaycan” qəzetinin Beynəlxalq Mətbuat Mərkəzində 25 illik yubileyi keçirilir. “Azərbaycan” qəzetinin keçmiş əməkdaşı və ANS şirkətlər qrupunun vitse-prezidenti Mir Şahin Ağayev Modern.az-a həmin tədbirə qatılacağını bildirib.

Rüfanə GÜNƏŞ

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı