Modern.az

Ukraynadakı Azərbaycan diasporunun  “səsi” - Vaqif Nağıyev ilk dəfə MODERN.AZ-a danışdı

Ukraynadakı Azərbaycan diasporunun  “səsi” - Vaqif Nağıyev ilk dəfə MODERN.AZ-a danışdı

16 Aprel 2019, 14:07

Ukraynadakı Azərbaycan diasporunun fəallarından biri də “Qolos” musiqi layihəsinin Ukrayna versiyasının yarımfinalçısı, məşhur müğənni Vaqif Nağıyevdir.

 

Artıq uzun illərdir ki, Kiyev Azəraycanlıları Konqresinin üzvü olan müğənni ilk olaraq, öz professional karyerası barədə Modern.az-a məlumat verib:

“Mən prezident təqaüdçüsüyəm. Bakıda orta ixtisas musiqi məktəbini bitirmişəm, ondan sonra Ukraynaya gəlmişəm. Burada, Xarkov şəhərində universitetə daxil oldum. “Qolos” müsabiqəsinə qatıldım, yarımfinala qədər irəlilədim.  Ardınca, Kiyevdə Qlier adına məktəbdə musiqi-vokal sənətinə yiyələndim. İtaliyanın Roma şəhərində 1 illik master-klass keçdim.

Oleq Krapivinin dəstəyi ilə Kiyev şəhərində musiqi fəaliyyətimi davam etdirirəm. Ukraynadakı Azərvbaycan diasporunun tədbirlərinə qatılıram, həmçinin, Kiyev Azərbaycanlıları Konqresinin üzvüyəm”.

 

Vaqif Nağıyev Azərbaycan diasporunun uğurlu fəaliyyət göstərdiyini də əlavə edib:

“Ukraynadakı Azərbaycan diasporu ildən-ilə güclənir. Fəaliyyətimiz digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də ciddi uğurlar əldə edib. 2020-ci ilə qədər diaspor nümayəndəsi kimi bir sıra beynəlxalq müsabiqələrə qatılmaq fikrim var".  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı