Modern.az

İndoneziyadakı zəlzələdə ölü sayı 310 nəfərə çatıb

İndoneziyadakı zəlzələdə ölü sayı 310 nəfərə çatıb

Aktual

25 Noyabr 2022, 14:52

İndoneziyanın Çianjur şəhərində baş vermiş 5,6 bal gücündəki zəlzələ nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, son məlumatlara görə, 310 nəfər ölü sayı ilə yanaşı, 24 nəfər də itkin düşmüş hesab olunur.

Faktı İndoneziyanın təbii fəlakətlərin idarə olunması xidmətinin rəhbəri Suharyanto təsdiqləyib.


Noyabrın 21-də Qərbi Yava əyalətinin Çianjur qraflığının cənub-qərb bölgəsində 5,6 bal gücündə zəlzələ baş verib. Bundan əvvəl zəlzələnin 271 nəfərin həyatına son qoyduğu bildirilmişdi, lakin xilasedicilər itkin düşənlərin cəsədlərini tapdıqca, bu rəqəm artır. 2300-dən çox ev tamamilə dağılıb və ya ciddi ziyan dəyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir