Modern.az

Hər kəsin gözü önündə Eyfelə dırmaşdı - VİDEO

Hər kəsin gözü önündə Eyfelə dırmaşdı - VİDEO

Aktual

11 Avqust 2024, 22:15

“Paris-2024” Yay Olimpiya Oyunlarının sonuncu günündə təhlükəsizliklə bağlı ciddi boşluq aşkara çıxıb.

 

Modern.az xəbər verir ki, mühafizə xidmətinin gözündən yayınan şəxs Eyfel qülləsinə dırmanıb.

 

Heç bir qoruyucu vasitədən istifadə etməyən şəxs tikilinin Olimpiya halqalarının quraşdırıldığı hissəsindən də yuxarı dırmanmağa nail olub.

 

Polis qülləni boşaldıb və tikiliyə dırmanan şəxsi yerə endirib. Dindirmə zamanı onun Britaniya vətəndaşı olduğu müəyyən edilib. O, peşəkar sənaye alpinisti olduğunu bildirib.

 

Bu hadisə əhali arasında Oyunların təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ