Modern.az

Ermənistan Qərbə tam, yoxsa Zəngəzursuz gedəcək, bax, sual budur? - ŞƏRH

Ermənistan Qərbə tam, yoxsa Zəngəzursuz gedəcək, bax, sual budur? - ŞƏRH

Analitika

13 Yanvar 2023, 17:42

“Əminəm ki, ABŞ Fransa lideri Makronun Ermənistan və Azərbaycan arasında postmüharibə siyasəti üzrə fəaliyyəti Rusiya ilə birləşdirmək və strukturlaşdırmaq layihəsini dəstəkləməyib”.
 

Modern.az-ın məlumatına görə, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bölgədəki vəziyyəti şərh edərkən bildirib.

Onun firkincə, Vaşinqtonun bu addımının əsas səbəbi gələcəkdə Rusiyanı Cənubi Qafqazda görmək istəməməsidir.

“Hesab edirəm ki, orta səviyyəli amerikalı diplomatların tez-tez verdiyi “ermənipərəst” bəyanatlar Ermənistan-Azərbaycan qarşıdurması mövzusu ilə diktə olunmur, bu, sadəcə olaraq Ermənistan ictimaiyyətində amerikapərəst rəğbət formalaşdırmaq üçün bir vasitədir”, - T.Zülfüqarov vurğulayıb.
 

Sabiq nazir Fransa Milli Assambleyasının spikeri Yael Bron-Pivenin Ermənistana bugünkü səfərinə də toxunub.

“Fransa Milli Assambleyasının spikerinin İrəvana gəlişi ilə bağlı “şeypur çalınması"na baxmayaraq, onun səfəri daha çox Makronun ermənipərəst fəaliyyəti mövzusunda "qapanış nöqtəsi"nə bənzəyir...

Fransaya Makronun Qarabağda sülhməramlı əməliyyat üçün birgə beynəlxalq mandat əldə etmək cəhdinə görə öz yerini göstərdirlər...”.

Tofiq Zülfüqarov deyib ki, Azərbayan Türkiyə ilə birlikdə kənarda oturub Vaşinqton və Moskvanın Ermənistanı necə təsir sahələrinə böləcəyini seyr edəcək...
 

“Mən bir neçə ay əvvəl söylədiyim fikri təkrarlamaq istəyirəm – “Əminəm ki, Ermənistan Qərbə gedəcək, amma tam, yoxsa Zəngəzursuz gedəcək, bax sual budur?".

Proses davam edir və biz də arabir “sobaya odun atmalıyıq””...

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü