Modern.az

Pakistandan Türkiyə seçkilərinə baxış: kimi dəstəkləyirlər - ÖZƏL

Pakistandan Türkiyə seçkilərinə baxış: kimi dəstəkləyirlər - ÖZƏL

13 Mart 2023, 09:38

Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkiləri Pakistanda diqqətlə izlənilir.

 

Bunu Modern.az-a açıqlamasında pakistanlı məşhur siyasi şərhçi Musavar Hamid Tanoli bildirib.

 

Onun sözlərinə görə, seçkilərin nəticəsindən asılı olmayaraq Pakistan və Türkiyə qardaş ölkə kimi yoluna davam edəcək.

 

“Bizim proqnozumuz budur ki, yenidən Rəcəb Tayyib Ərdoğan prezident seçiləcək. Amma nəticələrdən asılı olmayaraq qardaş Türkiyə ilə  əlaqələrimiz hər zaman güclü olacaq. Son illər biz bu birliyin nəticələrini görürük. Yaxın gələcəkdə də inkşaf gözlənilir. Azərbaycan-Pakistan-Türkiyə hər zaman qardaş ölkə olub və bundan sonra da belə olacaq”, - deyən ekspert Ərdoğanın yenidən hakimiyyətdə qalmasının Pakistanın marağında olduğunu söyləyib.

 

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək. Hakimiyyət uğrunda mübarizədə əsas favoritlər indiki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və "Millət ittifaqı"nın vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğludur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?