Modern.az

Türkiyədə sonuncu parlament seçkiləri - Kim harada nə qədər yer qazanıb?

Türkiyədə sonuncu parlament seçkiləri - Kim harada nə qədər yer qazanıb?

Analitika

14 Aprel 2023, 16:40

Türkiyədə 14 mayda keçiriləcək prezident seçkiləri ilə yanaşı, eyni tarixdə baş tutacaq parlament seçkiləri də böyük siyasi əhəmiyyət daşıyır. Xüsusən, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın başlıca seçki vədi olan parlamentli respublika üsul-idarəsinə qayıtmağın mümkünlüyü parlament seçkilərinin nəticələrindən asılıdır. Belə ki, bu seçkilərdə parlament çoxluğu əldə olunmadan konstitusiyaya müvafiq dəyişiklik mümkün deyil.

 

Azərbaycan oxucusunun Türkiyədəki seçkiləri maraqla izlədiyini nəzərə alaraq bu mövzu ətrafındakı silsilə yazılarımızı davam etdiririk. Modern.az bu dəfə qardaş ölkədə keçiriləcək qarşıdakı parlament seçkilərində ayrı-ayrı siyasi qüvvələrin nə qədər səs toplaması, hansı bölgədə hansı partiyanın daha güclü dəstəyə malik olması barədə müəyyən təsəvvürün formalaşması üçün sonuncu - 2018-ci ildə keçirilmiş parlament seçkilərinin nəticələrinə nəzər salıb.

 

Siyasi ədəbiyyatda da müxtəlif metodlarla keçirilən və hər zaman müəyyən dərəcədə xəta payına malik olan sosioloji rəy sorğuları ilə müqayisədə birbaşa seçicilərin iradəsini əks etdirən son seçki nəticələri təhlil üçün daha etibarlı data hesab olunur. Doğrudur, ötən 5 ildə siyasi şərait, iqtisadi vəziyyət və seçicilərin qərarına təsir göstərən digər amillər xeyli dərəcədə dəyişib. Həmçinin yeni siyasi qüvvələr ortaya çıxıb, bəzi qüvvələr isə fəaliyyətini dayandırıb və ya olduqca zəifləyib.

 

Yəni son seçkilərin nəticələri ilə qarşıdakı seçkilərin nəticələri arasında mütləq korrelyasiya əlaqəsi olacağını ehtiva edən qayda yoxdur. Müxtəlif faktorların təsir etməsi ilə nəticələr arasında kəskin fərqlər də müşahidə oluna bilər. Lakin hər bir halda ötən parlament seçkilərinə nəzər yetirmək Türkiyədəki siyasi mənzərəni daha yaxşı anlamaq, ələlxüsus da müəyyən regionlarda tarixən formalaşmış və köklü ənənələrlə davam edən siyasi partiya tərəfdarlığını gözdən keçirmək üçün faydalıdır.

 

 

Beləliklə, 2018-ci ilin 24 iyun tarixində baş tutmuş parlament seçkiləri ilə bağlı detallara baxaq.

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) 27-ci çağırış tərkibini formalaşdırmaq üçün keçirilmiş bu seçkilərdə 87 seçki dairəsindən proporsional qaydada 600 deputat seçilib. Seçkilərə "Cümhur İttifaqı"ndan Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyası (MHP), "Millət İttifaqı"ndan Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya (İYİ) və Səadət Partiyası (SP), ayrıca olaraq Xalqların Demokratik Partiyası (HDP), Vətən Partiyası (VP) və Hür Dava Partiyası (HÜDAPAR) qatılıb. Bundan başqa, Böyük Birlik Partiyası (BBP) AKP-nin, Demokrat Partiya (DP) isə İYİ-nin proporsional siyahısından namizədlərini irəli sürüb. Həmçinin 68 bitərəf namizəd də seçkilərdə iştirak edib.

 

 

Nəticələrə əsasən, 59 367 469 seçicinin səs verdiyi seçkilərdə seçici aktivliyi 86.22 faiz olub. 1 052 269 səs etibarsız hesab olunub. Parlamentə 10 faizlik (hazırda 7 faizdir) səs bariyerini keçən 5 partiyanın proporsional siyahısından deputatlar seçilib. Belə ki, AKP 42.56 faiz səslə 295, CHP 22.65 faiz səslə 146, HDP 11.7 faiz səslə 67, MHP 11.1 faiz səslə 49 və İYİ Partiya 9.96 faiz səslə (seçkilərə ittifaqla daxil olduğu üçün səs bariyerindən azad olub) 43 mandat əldə edərək parlamentə düşməyə müvəffəq olub. 1 faiz ətrafında səs toplayan digər siyasi partiyalar isə deputat yeri qazana bilməyib.

 

Ayrı-ayrı regionlar üzrə partiyaların topladığı səs faizi və əldə etdiyi mandat sayı ilə aşağıdakı cədvəldən tanış olmaq mümkündür:

Seçki dairəsi Deputat sayı     AKP % Yer   CHP % Yer   MHP % Yer   HDP % Yer   İYİ % Yer
Adana 15     34,70 5   26,06 4   11,76 2   13,52 2   12,15 2
Adıyaman 5     55,10 4   12,05 1   9,15 0   15,41 0   5,27 0
Afyonkarahisar 6     55,38 3   14,46 1   13,95 1   1,25 0   13,37 1
Ağrı 4     28,82 1   2,91 0   2,51 0   62,23 3   1,66 0
Aksaray 4     56,15 2   9,90 0   20,54 1   1,57 0   10,54 1
Amasya 3     46,99 2   24,74 1   12,41 0   2,27 0   12,11 0
Ankara (ümumi) 36     40,43 15   26,10 10   13,11 5   6,41 1   12,10 5
Ankara (I) 13     30,83 4   35,51 5   10,72 1   8,83 1   12,33 2
Ankara (II) 11     51,07 6   17,52 2   14,93 2   4,22 0   10,42 1
Ankara (III) 12     41,08 5   23,82 3   14,01 2   5,81 0   13,35 2
Antalya 16     34,96 6   29,16 5   10,12 1   7,33 1   16,91 3
Ardahan 2     37,15 1   25,87 1   6,77 0   23,38 0   5,12 0
Artvin 2     40,51 1   32,02 1   10,20 0   4,92 0   10,24 0
Aydın 8     32,50 4   33,95 3   8,09 0   9,36 0   14,78 1
Balıkesir 9     41,40 5   30,37 3   7,56 0   4,25 0   14,71 1
Bartın 2     47,03 1   25,48 1   17,02 0   1,70 0   5,84 0
Batman 5     24,91 1   1,83 0   1,22 0   62,09 4   1,21 0
Bayburt 1     57,45 1   4,27 0   27,41 0   1,21 0   6,15 0
Bilecik 2     43,31 1   28,15 1   9,34 0   3,38 0   14,11 0
Bingöl 3     55,28 2   2,29 0   5,87 0   26,80 1   4,08 0
Bitlis 3     44,82 2   2,73 0   4,08 0   42,54 1   3,28 0
Bolu 3     52,13 2   20,31 1   14,94 0   2,08 0   8,55 0
Burdur 3     43,15 2   20,23 1   12,50 0   1,92 0   19,93 0
Bursa (ümumi) 20     46,18 11   22,71 5   10,73 2   5,69 0   12,45 2
Bursa (I) 10     43,21 5   25,75 3   9,92 1   4,76 0   14,22 1
Bursa (II) 10     49,33 6   19,51 2   11,58 1   6,67 0   10,58 1
Çanakkale 4     37,37 2   33,82 2   6,93 0   3,75 0   16,77 0
Çankırı 2     59,21 2   6,70 0   19,62 0   1,11 0   11,87 0
Çorum 4     52,07 3   20,32 1   14,04 0   3,65 0   8,42 0
Denizli 8     40,75 4   28,05 3   9,22 0   4,03 0   16,47 1
Diyarbakır 12     21,46 3   2,50 0   1,41 0   65,51 9   2,80 0
Düzce 3     56,06 2   14,54 0   18,71 1   2,07 0   6,75 0
Edirne 4     28,58 1   45,40 2   5,05 0   3,68 0   15,64 1
Elazığ 5     54,54 4   10,74 1   13,53 0   10,09 0   7,68 0
Erzincan 2     44,76 2   25,50 0   18,62 0   5,65 0   4,17 0
Erzurum 6     54,81 4   4,42 0   18,53 1   11,96 0   8,14 1
Eskişehir 7     38,79 3   32,27 2   9,93 1   4,27 0   13,20 1
Gaziantep 14     51,45 8   15,11 2   12,67 2   11,88 1   6,68 1
Giresun 4     53,65 3   17,78 1   10,82 0   1,54 0   14,40 0
Gümüşhane 2     56,86 2   7,45 0   20,56 0   1,32 0   11,34 0
Hakkari 3     20,07 1   3,46 0   3,70 0   70,16 2   1,31 0
Hatay 11     36,20 5   30,59 4   14,44 1   11,02 1   6,53 0
İğdır 2     20,72 0   2,84 0   23,90 1   44,23 1   5,87 0
İsparta 4     47,75 3   16,51 0   13,13 0   2,13 0   18,39 1
İstanbul (ümumi) 98     42,69 43   26,47 27   8,26 8   12,67 12   8,00 8
İstanbul (I) 35     41,47 15   28,89 10   8,19 3   11,31 4   8,16 3
İstanbul (II) 28     45,22 13   24,79 8   8,11 2   12,29 3   7,59 2
İstanbul (III) 35     41,90 15   25,31 9   8,46 3   14,39 5   8,17 3
İzmir (ümumi) 28     28,69 8   41,31 14   6,29 2   11,49 2   10,88 2
İzmir (I) 14     28,75 4   41,06 7   5,86 1   12,53 1   10,48 1
İzmir (II) 14     28,64 4   41,55 7   6,69 1   10,51 1   11,25 1
Kahramanmaraş 8     58,47 6   9,77 1   16,33 1   3,85 0   9,64 0
Karabük 3     53,81 2   16,66 1   13,58 0   1,48 0   12,17 0
Karaman 3     53,52 2   16,24 1   14,98 0   1,58 0   11,54 0
Kars 3     37,91 2   14,33 0   7,23 0   31,90 1   7,36 0
Kastamonu 3     52,23 2   15,55 1   20,08 0   1,13 0   9,32 0
Kayseri 10     50,63 6   12,37 1   21,48 2   2,37 0   11,01 1
Kırıkkale 3     43,69 1   15,28 1   24,23 1   1,59 0   13,66 0
Kırklareli 3     26,88 1   47,49 2   4,87 0   3,38 0   16,32 0
Kırşehir 2     41,24 1   25,56 1   16,93 0   4,70 0   10,12 0
Kilis 2     50,83 2   14,60 0   20,35 0   2,30 0   10,16 0
Kocaeli 13     48,29 7   20,12 3   11,36 1   7,36 1   10,32 1
Konya 15     59,41 10   9,68 2   15,49 2   3,71 0   8,97 1
Kütahya 5     54,82 3   12,66 1   18,46 1   1,21 0   10,61 0
Malatya 6     53,87 4   16,75 1   16,13 1   7,02 0   4,27 0
Manisa 10     40,15 5   26,34 3   11,45 1   7,01 0   13,56 1
Mardin 6     30,43 2   3,31 0   2,63 0   59,34 4   1,13 0
Mersin 13     28,64 4   26,76 3   12,76 2   16,94 2   13,56 2
Muğla 7     28,19 2   40,86 4   6,49 0   6,73 0   16,49 1
Muş 4     32,43 1   2,47 0   3,73 0   54,44 3   4,33 0
Nevşehir 3     53,14 2   16,59 1   17,85 0   1,74 0   9,00 0
Niğde 3     43,83 2   20,21 1   20,75 0   1,66 0   11,84 0
Ordu 6     48,77 3   22,74 2   16,85 1   1,40 0   8,47 0
Osmaniye 4     36,27 2   13,54 1   31,68 1   3,59 0   13,34 0
Rize 3     64,85 3   13,04 0   12,41 0   1,43 0   6,01 0
Sakarya 7     58,18 4   13,71 1   13,64 1   2,70 0   9,39 1
Samsun 9     51,98 5   17,28 2   16,23 1   1,77 0   10,88 1
Siirt 3     38,97 1   2,55 0   3,52 0   51,07 2   1,59 0
Sinop 2     55,27 1   24,23 1   7,22 0   2,00 0   9,29 0
Sivas 5     54,62 3   15,23 1   19,00 1   2,20 0   6,84 0
Şanlıurfa 14     52,67 8   3,88 1   9,29 1   28,94 4   1,86 0
Şırnak 4     18,19 1   2,72 0   4,01 0   70,24 3   1,98 0
Tekirdağ 7     34,73 3   38,18 3   7,56 0   6,58 0   11,74 1
Tokat 5     49,91 3   20,66 1   16,40 1   2,07 0   9,34 0
Trabzon 6     55,98 4   15,13 1   13,53 0   1,35 0   11,17 1
Tunceli 2     14,71 0   26,32 1   5,73 0   51,03 1   1,65 0
Uşak 3     43,48 2   28,25 1   10,55 0   3,07 0   12,73 0
Van 8     31,77 3   2,64 0   3,08 0   59,32 5   1,27 0
Yalova 3     44,13 2   28,62 1   7,79 0   7,97 0   9,79 0
Yozgat 4     53,39 2   11,64 1   24,72 1   1,33 0   7,40 0
Zonquldak 5     45,97 3   30,77 2   10,87 0   1,90 0   7,80 0
CƏMİ 600     42,56 295   22,65 146   11,10 49   11,70 67   9,96 43

 

Hansı regionlarda hansı siyasi qüvvələrin daha güclü olduğuna isə aşağıdakı xəritələrdə nəzər salmaq olar:

 

 

 

Göründüyü kimi, Mərmərə, Egey və Aralıq dənizi sahillərində, əsasən böyük şəhərlərdə CHP, Cənub-şərqi Anadolu bölgəsində HDP, Qara dəniz sahillərində və iç Anadolu regionunda isə AKP güclüdür. MHP və İYİ Partiya isə heç bir vilayətdə seçkilərdə birinci yeri tuta bilməyib.

 

2018-ci il seçkilərinin nəticələrini bundan öncəki - 2015-ci il seçkiləri ilə müqayisə etdikdə, AKP-nin 6.94 faiz daha az səs və 22 daha az deputat yeri qazandığını görmək mümkündür. CHP isə 2.67 faiz səs itirsə də, mandatlarının sayını 12-yə qədər artırıb. HDP 2015-ci ildəkindən əlavə 0.94 faiz səs və 8 deputat yeri qazanıb. MHP 0.8 faiz səs itirsə də, yeni 9 mandat əldə edib. İYİ Partiya isə 2017-ci ildə yaradıldığı üçün 2015 seçkilərində iştirak etməyib və 2018-ci ildə ilk dəfə seçkilərə qatılıb.

 

14 mayda keçiriləcək seçkilərdə nəticələrin necə olacağı isə müxtəlif rəy sorğularında müxtəlif cür proqnozlaşdırılır. Daha aydın mənzərə seçki axşamı görünəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir