Dünən Borçalıda azərbaycanlı ziyalılarının toplantısı keçirilib. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov yığıncaq iştirakçılarına Fransa parlamentinin qondarma erməni “soyqırımı” ilə əlaqədar qəbul etdiyi qanun barədə məlumat verib və Azərbaycan Xarici İşlər Nazirliyi, türk dünyasının buna kəskin münasibəti barədə danışıb.
AzərTAc xəbər verir ki, yığıncaq iştirakçıları Fransa parlamentinin bu qərarını pisləyiblər. Uydurma erməni sayıqlamasının Fransa kimi ölkənin parlamentinin gündəliyinə çıxarılmasından təəssüfləndiklərini bildiriblər.
Sonda ziyalılar Fransa parlamentinə etiraz məktubu göndəriblər.
Modern.az