Modern.az

Cəmil Həsənli: “Fərhad Əliyevlə bağlı görülməli işlər görülüb”

Cəmil Həsənli: “Fərhad Əliyevlə bağlı görülməli işlər görülüb”

Aktual

28 Dekabr 2011, 11:36

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı “Azpetrol” Şirkətinin sabiq rəhbəri Rafiq Əliyevin əfv olunacağı gözlənilsə də, bu, baş vermədi.

Məlumata görə, bundan sonra həbsdə olan qardaşların azad olunması ilə bağlı yaradılmış müdafiə komitəsi daha ciddi fəaliyyətə keçəcək.

Fərhad Əliyevin hüquqlarını müdafiə komitəsinin sədri, sabiq millət vəkili Cəmil Həsəsnli Modern.az saytına bildirib ki, həm Fərhad Əliyev, həm də Rafiq Əliyevlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı və maliyyə sanksiyası var:
“Hesab edirik ki, normalda belə olan təqdirdə həbs olunan şəxslərdən üzr istənilir və onlar azadlığa buraxılır. Ancaq biz bunu görmürük”.
Əliyev qardaşlarının hüquqlarını müdafiə komitəsinin bundan sonra ciddi fəaliyyətə başlamasına gəlincə, sabiq millət vəkili bildirib ki, inidyə qədər görüləcək işlər görülüb, çıxarılacaq qərarlar çıxarılıb.

“Bir qalıb onların azad edilməsi, bu da baş vermir”-deyə C.Həsənli qeyd edib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı