Modern.az

Daha bir deputat Orxan Kərimovun müdafiəsinə qoşuldu

Daha bir deputat Orxan Kərimovun müdafiəsinə qoşuldu

Aktual

28 Dekabr 2011, 12:36

Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin sabiq müdir müavini, şair Əli Kərimin oğlu Orxan Kərimovun həbsdən zaminə buraxılması  üçün 9 deputatın Prezident  İlham Əliyevə müraciət ünvanladığını xəbər vermişdik.

Modern.az saytı Orxan Kərimovun qardaşı Paşa Əlioğluna istinadən bildirib kibunlar Sabir Rüstəmxanlı, Fəzail İbrahimli, Musa Quliyev, Çingiz Qənizadə, Fazil Mustafa, İqbal Ağazadə, İlyas İsmayılov, Nizami Cəfərov, Aqil Abbasdır.

Bu gün daha bir millət vəkili sözügedən aksiyaya qoşulub. Bu, Zahid Orucdur. Deputat Modern.az-a bildirib ki, Orxan Kərimovun şəcərəsi, onun hansı nəsilə mənsub olması, atasının ədəbiyyatdakı xidmətləri nəzərə alınaraq zaminə buraxıla bilər.

“İstəyirəm ki, mənim də imzam həmin millət vəkillərinin qol çəkdikləri müraciətdə olsun”-deyə Z.Oruc vurğulayıb.

Orxan Kərimov 2011-ci il iyunun 6-da həbs olunub. O, Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma (passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur. Orxan Kərimov Bakı İstintaq Təcridxanasında saxlanır. Onun özü haqsız yerə tutulduğunu bildirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı