Modern.az

Fransaya qarşı bəyanata qoşulan Azərbaycan QHT-lərinin sırası genişlənib

Fransaya qarşı bəyanata qoşulan Azərbaycan QHT-lərinin sırası genişlənib

Aktual

29 Dekabr 2011, 14:35

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının Qərərgahında respublikada fəaliyyət göstərən bir qrup QHT-nin iştirakı ilə Fransa Milli Məclisinin qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qərarına etiraz bəyanatı qəbul edilib.

Bu gün yenidən bir araya gələn QHT-lər Fransa Milli Məclisinin heç bir tarixi fakta və məntiqə əsaslanmayan əsassız və qərəzli qərarı ilə bağlı yeni müzakirə açıblar. QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov  bildirib ki, Ermənistana hərtərəfli dəstək verən Fransanın hərəkəti onu göstər ki, bu dövlət ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz üzərinə düşən məsuliyyəti dərk etmir.
“Fransa Ermənistanı işğalçı mövqeyindən çəkindirmək əvəzinə, ermənilərə hərtərəfli dəstək verməklə Azərbaycanı təslimi sülhə  vadar etməyə çalışır”.

Tədbirdə çıxış edən Dünya Gənc Türk Yazarlar birliyinin sədri Əkbər Qoşalı, Erməni Təcavüzünü Tanıtma ictimai birliyinin sədri Səriyyə Müslümqızı, Türkiyə Universitetləri Məzunları ictimai birliyinin sədri Çingiz Bayramov, Sağlam İnkişaf və Marifləndirmə ictimai birliyinin sədri Anar Xəlilov, Zirvə Mədəniyyət və İncəsənət ictimai birliyinin sədri Şahin Qədirli, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyinin sədri Kəmalə Əliyeva Fransada qəbul edilən sənədi fitnəkar hərəkət adlandırıblar.

Tədbirin sonunda Fransa Prezidentinə, Fransa Senatına, Fransanın Azərbaycandakı Səfirliyinə ünvanlanan bəyanata daha bir sıra QHT qoşulub.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı