Ziyalılar Forumunun dünənki iclasının keçirilməsinə imkan verilməməsinə Milli Məclisin deputatı Rasim Musabəyov münasibət bildirib. Modern.az saytına açıqlamasında millət vəkili bildirib ki, onların yığıncağı üçün hər hansı məhdudiyyətin qoyulmasının əleyhinədir. Vaxtilə özünün də həmin forumda iştirak etdiyini xatırladan deputat ziyalıların hər hansı fikrinin dövlətçiliyimizə xələl gətirəcək məsələ olduğunu hesab etmir.
“Onlar səhv də danışa bilərlər, bu öz haqlarıdır. Fikirlərini eşitmədən məsələyə qiymət vermək düzgün deyil. Ola bilsin ki, onların fəaliyyətində müəyyən siyasi çalarlar olsun. Siyasəti ictimai həyatdan çəpərlə ayırmaq qeyri-mümkündür. Təbii orada siyasi ambissaylı insanlar, heç bir siyasi abmissiyası olmayan insanlar da var. Buna dözümlülük nümayiş etdirmək lazımdır”.
Modern.az