Modern.az

Fransa Senatına müraciət hazırlayan komissiyanın sədri danışdı

Fransa Senatına müraciət hazırlayan komissiyanın sədri danışdı

Aktual

30 Dekabr 2011, 17:33

“Müraciətdə Fransanın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılacağı ilə bağlı məsələ yoxdur”

Bu gün Azərbaycan Milli Məclisi qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan sənədi təsdiqləməməsi Fransa Senatına müraciət edib.

Modern.az saytı xəbər verir ki, müraciəti Milli Məclisdə yaradılan deputat komissiyası yaradılıb. Komissiyaya Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Qurbanlı rəhbərlik edib. Deputatlar Əli Hüseynli, Çingiz Qənizadə, Rövşən Rzayev, Sahibə Qafarova, Vahid Əhmədov isə  komissiyanın üzvləri olublar.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin Fransa Senatına ünvanladığı məktubda Azərbaycan tərəfinin istəyinin nəzərə alınması yer alıb.

Mübariz Qurbanlı Modern.az saytına bildirib ki, müraciətdə Milli Məclisin sədri Oqtay Əsədov və deputatların təklifləri nəzərə alınıb:
“Ancaq müraciətdə Fransa Senatının bu sənədi təsdiqləyəcəyi təqdirdə  ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılacağı ilə bağlı məsələ yer almayıb. Sadəcə qeyd edilib ki, Fransanın bu addımı ATƏT-in Minsk qrupunun həmsədri kimi onun tərəfsiz fəaliyyətini şübhə altına alır və ədalətli mövqedən çıxış etmədiyini göstərir. Yaxın vaxtlarda müraciət Fransa senatına göndəriləcək.”

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı