Ukraynanın qərbində yerləşəm və əhalisinin yüzdə 85-i qadınlardan ibarət olan Lvov şəhəri bir çox digər xüsusiyyətlərilə də fərqlənir.Bu gün mədəni mərkəzlərdən biri olan Lvov tarixi şəhər kimi həm də YUNESKO-nun Dünya Mədəniyyət İrsi siyahısında yer alıb.
Lvov eyni zamanda Ukraynanın müasir üzünü tamamlayan bir Avropa şəhəri sayılır. Ölkə şəhərləri arasında elmi və sənaye mərkəz olan Lvov keçirdiyi bütün tarixi dövrlərin nümunələrini qoruyur. Polyaklar, yəhudilər, almanlar, avstriyalılar və ukraynalılar əsrlər boyu burada birlikdə yaşayıb. Şərqdən gələn tacirlərin dayandığı bu şəhər indi də fərqli xalqlardan və dinlərdən olan insanların görüşmə nöqtəsidir.
Şəhərin ərazisi 171.01 km², əhalisi 830.000 nəfərdir.


Modern.az