Modern.az

Deputat Cavid Qurbanov ad gününü necə qeyd edib?

Deputat Cavid Qurbanov ad gününü necə qeyd edib?

Aktual

1 Yanvar 2012, 00:34

Milli Məclisin deputatı Cavid Qurbanov 53 yaşını tamam edib. Modern.az saytının məlumatına görə, 2012-ci il yanvarın 1-də deputatın ad günü olub.
C.Qurbanov 1 yanvar 1958-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub.

1975-ci ildə Kəlbəcər rayon orta məktəbini bitirib. 1975-1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində çalışıb.

1977-ci ildə Azərbaycan Inşaat Mühəndisləri institutuna daxil olub. 1979-cu ildə 26 Bakı Komissarları nəşriyyatında kuryer vəzifəsi ilə əmək fəaliyyətinə yenidən başlayıb.  

1980-1981-ci illərdə “Azəryollayihə” Layihə Institutunda texnik-cizgiçi, 1982-1987-ci illlərdə “Azərnəqliyyattikinti” Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışıb.

1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

1987-1992-ci “Elektromexanizasiya” Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor işləyib. 

1992-1993-cü illərdə Respublika İxtisaslaşdırılmış “Avtonəqliyyat” Birliyində baş direktor, 1993-1994-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətində Prezident vəzifəsində işləyib.

Daha sonra isə 1995-ci ildə “Azərərzaqnəqliyyat” Birliyində direktor olub.

1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu idarəsinin Təchizat şöbəsində rəis işləyib. 

1997-2001-ci illərdə “Azərdəmiryolservis” İstehsalat Birliyində rəis kimi çalışıb.

2003-cü ildən “Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi vəzifələrində çalışıb.
2007-ci ilin fevral ayından “Yolnəqliyyatservis” Departamentinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, “Azəryolservis” ASC-nin sədridir, texniki elmlər namizədidir.
Yeni Azərbaycan partiyasının üzvü olan C.Qurbanov 2010-cu ildə ikinci dəfə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilib. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hamının gözü önündə Putini pərt etdilər - ŞOK VİDEO!