Bakı-Şamaxı-Yevlax magistral yolu avtomobillərin hərəkəti üçün yararsız hala düşüb. Eyni zamanda Baskı-Quba, Bakı-İsamyıllı yolunda da ciddi problem yaranıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, əraziyə yağan güclü qar yolu tamamilə bağlayıb. Belə ki, rayondan paytaxta gələn avtomobillərin hərəkəti mümkünsüz olub və avtomobillər alternativ yol kimi, Ağsudan qayıdaraq, Qazax-Ələt yolundan istifadə edirlər.
Muğanlı-İsmayıllı-Oğuz yolu da bağlanıb. Əsasən Qəbələ rayonu ərazisində enişli-yoxuşlu yollarda hərəkət tamammilə dayandırılıb. Magistral yola 15 sm-ə qədər qar yağıb.
Hazırda ərazidə yol istismar İdarəsinin texnikası və əməkdaşları çalışsa da, yolun gediş-gəliş üçün isdtifadəsi mümkünsüz olub. Yolda yalnız hündür və ağır avtomobillər çətinliklə hərəkət edə bilir.
Yol polisi də ərazidə yol tənzimlənməsilə məşğul olur və sürücülərə alternativ yoldan istifadə etməyi məsləhət bilir.
Modern.az